Səfir Aqşin MEHDİYEV:"Azərbaycan hökuməti Ermənistanın müharibə dövründə törətdiyi cinayətlərin üstündən sükutla keçməyəcək" Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT baş katibinə növbəti dəfə məktubla müraciət edib

"Azərbaycan hökuməti Ermənistanın müharibə dövründə törətdiyi cinayətlərin üstündən sükutla keçməyəcək" Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT baş katibinə növbəti dəfə məktubla müraciət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Ermənistan nümayəndəsinin ittihamlarına cavab verib. Bu barədə APA-nın Vaşinqton müxbiri xəbər verir. BMT baş katibinə sonuncu məktubunda səfir Mehdiyev bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin qiymətləndirmə missiyasının nəticələrinə əsaslanan tövsiyələrini rədd etməklə, doqquz yaşlı azərbaycanlı uşağın öldürülməsində və digər çirkin cinayətlərdə günahını inkar etməklə Ermənistan bir daha münaqişənin həllini istəmədiyini sübut edir.

{nl}

"Ermənistan BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq öhdəsinə düşdüyü vəzifələri yerinə yetirmək istəmir, münaqişənin nizamlanması prosesinə maneçilik törədən cəhdlərindən əl çəkmir. Qəribədir ki, Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və münaqişə dövründə törətdiyi dəhşətli cinayətlər üçün məsuliyyət daşıyan Ermənistan həyasızcasına təcavüzün qurbanlarını tənqid də edir".
Mehdiyev bildirir ki, Ermənistan nümayəndəsi hətta BMT baş katibinin və BMT-yə üzv dövlətlərin azərbaycanlı uşağın erməni snayperi tərəfindən öldürülməsi barədə məlumatlandırılmasını qeyri-etik hərəkət adlandırmaq həddinə də çatır.
"Məlumdur ki, Ermənistan rəhbərliyi dəfələrlə təkcə sözlə deyil, əməlləri ilə də sübut edib ki, etika, sülh və humanizm anlayışları ona yaddır. Azərbaycan hökuməti Ermənistanın müharibə dövründə törətdiyi cinayətlərin üstündən sükutla keçməyəcək və bu cinayətlər üçün məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısında durması üçün əlindən gələni edəcək.
Ermənistan hökuməti özünün təhlükəli siyasi gündəliyinin iflasa uğradığını nə qədər tez anlasa, bizim xalqlarımız sülh, sabitlik və əməkdaşlıqdan bir o qədər tez bəhrələnə bilərlər".
Səfir Aqşin Mehdiyev aprel ayında atəşkəsin pozulması nəticəsində bir mülki şəxsin və üç azərbaycanlı əsgərin yaralanmasını da BMT-nin diqqətinə çatdırıb.
"Həmin dövrdə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlər keçiriblər. Təlimlərdə aviasiyadan, zirehli texnikadan və artilleriyadan istifadə olunub. Cəbhəyanı rayonların sakinləri yaxınlıqdakı işğal olunmuş ərazilərdən partlayış səsləri eşidiblər, artilleriya atəşlərinin dalğası yaşayış evlərini də titrədib".

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında