Dovil bəyanatında Dağlıq Qarabağ münaqişəsini tənzimləmə planı daha aydın şəkildə ortaya qoyulub

ATƏT-in Minsk qrupunun (MQ) həmsədr ölkələrinin prezidentlərinin Dovil bəyanatında Dağlıq Qarabağ münaqişəsini tənzimləmə planı daha aydın şəkildə ortaya qoyulub. Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında bildirib: "Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 25-də Rusiyanın Kazan şəhərində keçiriləcək görüşündə baza prinsiplərinin qəbul olunması bəyanatda aydın şəkildə qeyd olunur".
Politoloqun sözlərinə görə, ATƏT MQ-nin həmsədr ölkələri prezidentlərinin Dovildə qəbul etdiyi bəyanat Ermənistanın mənafeyinə cavab vermir.
"Dovil bəyanatını əvvəlki sənədlərdən fərqləndirən cəhətlər mövcuddur. Mətndə dəqiqlik, konkretlik var, tənzimləmə planı daha aydın şəkildə ortaya qoyulub", - deyə M.Əhmədoğlu bildirib.
Bəyanatdan irəli gələrək baza prinsipləri qəbul olunacaq və bundan sonra gələcəkdə böyük sülh sazişinin imzalanması, yol xəritəsinin qəbulu ilə praktiki tənzimləmə başlaya bilər.
Politoloqun fikrincə, DQ münaqişəsi təkcə Azərbaycan və Ermənistanın deyil, bütövlükdə regionun taleyinə təsir edib. Hətta Gürcüstan da belə hesab edir ki, DQ münaqişəsi regionun ən vacib problemidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında