Əhməd Davudoğlu: Mən cənab İlham Əliyevin həm qətiyyətini, həm də perspektivə daha optimist baxmasını müşahidə etməkdən sevinc hissi duydum

İtaliyanın birləşməsinin 150 illiyi və Respublika Günü münasibətilə Romada keçirilən tədbirlərdə Türkiyəni təmsil edən xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə müsahibəsində bildirmişdir ki, burada Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmuş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparmışdır. 
Əhməd Davudoğlu vurğulamışdır ki, mən cənab İlham Əliyevin həm qətiyyətini, həm də perspektivə daha optimist baxmasını müşahidə etməkdən sevinc hissi duydum.
Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiyanın Kazan şəhərində keçiriləcək görüşlə bağlı müsbət gözləntilər olduğunu diqqətə çatdıran Türkiyə xarici siyasət idarəsinin başçısı demişdir ki, bu məsələ ilə əlaqədar "Böyük səkkizlik" ölkələri və ATƏT-in Minsk qrupunun bəyanatları nizamlama prosesini sürətləndirəcəkdir. İnşallah, Kazan görüşündən müsbət addımlar gözləyirik.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında