Azərbaycanın xarici işlər naziri İKT üzvü olan dövlətləri ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməyə çağırmışdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində mayın 31-də Nyu-Yorkda BMT-nin baş qərargahında İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin BMT yanında daimi nümayəndələrin səviyyəsində keçirilmiş İKT Qrupunun iclasında iştirak etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda sədrliyi həyata keçirən Tacikistanın BMT yanında daimi nümayəndəsi ölkəmizin İKT-nin fəal üzvü olduğunu vurğulamış, 2006-cı ildə İKT Nazirlər Komitəsinin 33-cü iclasının Azərbaycanda müvəffəqiyyətlə keçirildiyini demişdir.
E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırmışdır. Nazir bu seçkilərdə İKT-yə üzv dövlətlərini ölkəmizin namizədliyini dəstəkləməyə çağırmışdır.
İclasda vurğulanmışdır ki, Azərbaycanda müstəqil siyasət aparılır. Bölgədə aparıcı dövlət olan ölkəmiz Xəzər-Qafqaz məkanında regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Qeyd olunmuşdur ki, BMT və İKT çərçivəsində bir sıra vacib layihələrin müəllifi olduğu ölkəmiz İslam dünyasının tərkib hissəsidir. Bu mənada və coğrafi baxımından Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayır və sivilizasiyalararası dialoqa böyük töhfə verir.
Eyni zamanda, E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi haqqında ətraflı məlumat vermişdir.
Nazir BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd etmişdir. E.Məmmədyarov BMT-nin Nizamnaməsinə əsasən, Təhlükəsizlik Şurasının bu cür qətnamələrinin BMT-yə üzv dövlətlər tərəfindən yerinə yetirilməsi öhdəliyinin olmasını vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında