Parisdə AŞPA-nın monitorinq və siyasi məsələlər komitələrinin yığıncağı keçirilmişdir

Mayın 30-31-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq və siyasi məsələlər komitələrinin yığıncağı keçirilmişdir. 
Monitorinq komitəsinin iclasında Ukrayna, Albaniya və Serbiya ilə bağlı müzakirələr aparılmışdır. Bu ölkələr üzrə məruzəçilər və komitə üzvləri Nazirlər Komitəsinə sədrlik edən Ukraynanın, habelə Albaniya və Serbiyanın Avropa Şurasına üzvlüyə qəbul edilərkən götürdükləri öhdəliklərin yerinə yetirilməsindən, insan hüquqlarının vəziyyətindən və məhkəmələrin rolundan danışmışlar.
Siyasi məsələlər komitəsinin yığıncağında isə Tunisdəki vəziyyət, Avropa Şurası ilə ərəb ölkələri arasında demokratiya sahəsində əməkdaşlıq, XXI əsrin Avropasında birlikdə yaşamaq, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı, Belarusda vəziyyət və digər məsələlər müzakirə olunmuşdur. Artıq vahid bir ailəni xatırladan Avropa ölkələrində Avropa Şurasının prioritetləri olan demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Komitənin üzvləri Avronest Parlament Assambleyasının yaradılmasını mühüm hadisə adlandırmışlar. Bu təşkilatın Avropa Şurası ilə Avropa İttifaqının daha da yaxınlaşmasında böyük rol oynayacağına əmin olduqlarını bildirmişlər.
Hər iki komitənin yığıncağında Azərbaycanı təmsil etmiş Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirə olunan məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirmişdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında