Azərbaycan Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuşdur

Azərbaycan Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edilmişdir. Bu barədə qərar mayın 25-də İndoneziyanın Bali adasında keçirilən Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında qəbul olunmuşdur. 
Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov konfransda çıxış edərək ölkəmizin təşkilata üzv olmasına dəstək və yardım göstərmiş bütün üzv dövlətlərə, o cümlədən hərəkatın sədri Misir və tədbirə ev sahibliyi edən İndoneziya hökumətlərinə təşəkkürünü bildirmişdir.
Nazir Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün təşkilata üzv dövlətlərlə səmərəli əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini, hərəkatın beynəlxalq münasibətlər sistemindəki konstruktiv rolunun artırılmasında Azərbaycanın səylərini əsirgəməyəcəyini vurğulamışdır.
E.Məmmədyarov konfransın plenar iclasında da çıxış edərək qeyd etmişdir ki, Azərbaycan BMT-nin nizamnaməsində əksini tapmış beynəlxalq hüququn prinsiplərinə məsuliyyətlə yanaşır. Ölkəmizin Xəzər hövzəsi - Cənubi Qafqaz regionlarında davamlı əməkdaşlıq üçün sabit və etibarlı tərəfdaş olduğunu vurğulayan E.Məmmədyarov Azərbaycanın müxtəlif din və mədəniyyətlər arasında körpü rolunu oynayaraq sivilizasiyalararası dialoqa öz səmərəli töhfəsini verdiyini demişdir.
Nazir Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün olduğunu qeyd etmişdir. E.Məmmədyarov vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region ölkələrinin inkişafına ciddi maneə törədir.
Nazir Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransının yekununda qəbul edilməsi nəzərdə tutulan Bali Bəyannaməsində beynəlxalq münaqişələrin sülh yolu ilə həlli fikrinə müsbət münasibət bildirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında