Xalid Vayn: Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Pakistan Ermənistanı dövlət kimi tanımayacaqdır

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Xalid Vayn ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, görüşdə diplomat Azərbaycanın dünyada və regionda artan nüfuzu, iqtisadi inkişafı, ordu quruculuğu sahəsində islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi və münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesi, Ermənistanın işğalçı siyasəti və s. barədə komitənin sədrinə ətraflı məlumat vermişdir.
Səfir Pakistanın hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəklədiyini xüsusi vurğulamışdır.
D.Şikarov qeyd etmişdir ki, Pakistanın münaqişənin Azərbaycanın maraqlarına uyğun, ədalətli həllinə tərəfdar olması və məhz bu səbəbdən Pakistan tərəfindən Ermənistanın dövlət kimi tanınmaması ölkəmizdə yüksək qiymətləndirilir.
Diplomat Pakistan hökumətinə və xalqına ölkəmizin mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.
Ordu generalı X.Vayn Azərbaycanın mövqeyini daim dəstəklədiklərini və bundan sonra da ölkəmizin yanında olacaqlarını, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanı dövlət kimi tanımayacaqlarını bəyan etmişdir.
Səfir Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin adından Xalid Vaynı cari ilin ikinci yarısında Azərbaycana rəsmi səfərə dəvət etmişdir. Pakistanın ordu generalı dəvəti böyük məmnuniyyətlə qəbul etmiş və oktyabrda Azərbaycana səfər edəcəyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında