Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Beynəlxalq Miqrasiya Təşkilatı İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında kəhriz sistemlərinin bərpası layihəsini həyata keçirmişdir.
Bərpa olunmuş kəhrizlərin Naxçıvan MR hökumətinə təhvil verilməsi üçün İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının və İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirliyinin nümayəndələri muxtar respublikaya səfərə gəlmişlər.
Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri xanım Sabine Ulman Şaban, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vasili Yujanın, İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz bölməsi rəhbərinin müavini Filip Kellerlə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin sədri birgə əməkdaşlığın nəticəsi olaraq həyata keçirilən kəhriz sistemlərinin bərpası layihəsinin başa çatması münasibətilə layihəni maliyyələşdirənlərə minnətdarlığını bildirmiş, layihənin uğurla başa çatmasına görə onları təbrik edərək demişdir:
- Kəhriz proqramı bizim üçün böyük əhəmiyyət daşıyırdı. Ona görə ki, hələ qədim zamanlardan Naxçıvanda torpaqların suvarılması əsasən kəhrizlər vasitəsilə həyata keçirilmişdir. Kəhrizlər eyni zamanda, memarlıq abidələridir.
Ali Məclisin sədri İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıqdan razılığını ifadə etmiş, Naxçıvan Muxtar Respublikasının bu əlaqələri bundan sonra da davam etdirməyə hazır olduğunu bildirmişdir.
İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri xanım Sabine Ulman Şaban layihənin muxtar respublika hökuməti ilə Beynəlxalq Miqrasiya Təşkilatının, İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının birgə əməkdaşlığı nəticəsində həyata keçirildiyini bildirmiş, bərpa olunmuş kəhrizlərin Naxçıvanın iqtisadi cəhətdən inkişafına xidmət edəcəyini vurğulamışdır.
Görüşdə kəhriz sistemlərinin bərpası layihəsinin uğurla başa çatdırılmasından məmnunluq ifadə olunmuş, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında