Dani Ayalon: "Erməni soyqırımı"na görə Azərbaycanla münasibətləri korlaya bilmərik"Dani Ayalon: "Erməni soyqırımı"na görə Azərbaycanla münasibətləri korlaya bilmərik"

"Tarixin yüz il əvvəlki mübahisəli hadisələrinə görə müsəlman dünyasındakı əsas strateji tərəfdaşımız olan Azərbaycanla münasibətləri korlaya bilmərik" SİA-nın "İzrus" xəbər portalına istinadən verdiyi məlumata görə, bunu İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon deyib. O, "erməni soyqırımı"nın tanınmasının qeyri-mümkün olduğunu bəyan edib: "Knesset "erməni soyqırımı"nı tanımaz, bunu istəyənlərin ən kiçik şansı belə yoxdur". 
O qeyd edib ki, İsrail Knessetindəki (parlament) "Evimiz - İsrail" fraksiyası uydurma "erməni soyqırımı"nın tanınmasını əngəlləmək üçün bütün gücündən istifadə edəcək: "Bu məsələdə prezident Şimon Peresin də dəstəyini alan xarici işlər naziri Aviqdor Liberman və onun partiya yoldaşları əmindirlər ki, bu tanınma Azərbaycanla strateji əməkdaşlığı təhlükə altında qoya bilər".
Qeyd edək ki, hər il Knessetdə saxta "erməni soyqırımı"nın tanınmasına dair məsələ qaldıran MERETS Partiyası bu il mayın 18-də eyni məsələni bir daha gündəmə gətirib. Parlament bu təklif əsasında məsələni təhsil, mədəniyyət və idman komissiyasına həvalə edib. Komissiyaya "Evimiz - İsrail" fraksiyasının üzvü Aleks Miller sədrlik edir. İsrail prezidenti Şimon Peres məsələyə münasibət bildirərək demişdir: "Ermənilərin yəhudilər kimi soyqırıma məruz qaldığını söyləmək mənasızdır. Soyqırım məsələsində ermənilərin yəhudilərlə eyniləşdirilməsi yolverilməzdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında