Qazaxıstan hesab edir ki, Dağlıq Qarabağda hərbi münaqişə başlaması Azərbaycanın Ermənistana hücum etməsi demək deyil

"Dağlıq Qarabağda hərbi münaqişə başlayarsa, bu, Azərbaycanın Ermənistana hücum etməsi demək olmayacaq".
APA-nın məlumatına görə, Qazaxıstan Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Murat Laumulin Ermənistanın müdafiə naziri Seyran Ohanyanın "Qarabağ bölgəsində hərbi əməliyyatlar başlayarsa, Ermənistanın KTMT-dəki tərəfdaşlarının köməyinə arxalanmaq haqqı var" fikirlərini belə şərh edib. O, bildirib ki, bu məsələ Azərbaycanın daxili işidir: "Dağlıq Qarabağda hərbi münaqişə başlayarsa, bu, Azərbaycanın Ermənistana hücum etməsi demək deyil. Bu münaqişə Azərbaycanın daxili işidir, çünki Dağlıq Qarabağ Azərbaycanın inzibati ərazisinin bir hissəsidir".
Analoji fikri Analitika və Konsaltinq üzrə Siyasi Qərarlar İnstitutunun direktoru Rüstəm Burnaşev də bölüşür. O da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili məsələsi olduğunu deyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında