Rasim MUSABƏYOV: Ermənistanın rəsmi şəxslərinin Dağlıq Qarabağ problemi ilə bağlı son bəyanatları işğalçı dövlətin çətin durumda olduğunu göstərir

"Ermənistanın rəsmi şəxslərinin Dağlıq Qarabağ problemi ilə bağlı son bəyanatları işğalçı dövlətin çətin durumda olduğunu göstərir. Ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsinə güvənməklə özlərinin ağır vəziyyətdə olduğunu etiraf edirlər". Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, Ermənistanın dilənçi vəziyyətində olması artıq faktdır. İşğalçı dövlətin rəhbərləri son vaxlar öz bəyanatlarında heç zaman öz güclərinə güvəndiklərini bəyan etməyiblər.
"Bütün bunlar isə onu göstərir ki, Qarabağla əlaqədar son bəyanatlar daxili ictimai rəyə hesablanıb və həmçinin, Azərbaycana göstərmək istəyirlər ki, xaricdən dəstəkləri var. Bütün bunlara rəğmən Azərbaycan düzgün siyasət aparır. Hesab edirəm ki, ölkəmiz Ermənistanın təxribat xarakterli mövqeyinə baxmayaraq, təmkin nümayiş etdirməlidir. Təbii ki, proseslər Azərbaycanın xeyrinədir. Ona görə də, ölkəmiz beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqeyini gücləndirməkdə davam etməlidir" - deyə politoloq vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında