Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı bayram proqramı zəngin olacaq

Azərbaycanda müstəqilliyin bərpasının 20 illiyi ilə əlaqədar müxtəlif tədbirlər keçiriləcək, lakin əsas tədbir Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən təntənəli iclas olacaq. Bu barədə "Trend"in xüsusi müxbirinə Azərbaycan Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Azərbaycanın sosial-iqtisadi inkişafının 20 illiyi barədə məruzədən sonra tədbirdə respublikanın ən yaxşı yaradıcı kollektivlərinin iştirakı ilə böyük konsert keçiriləcək.
Bundan əlavə, respublika səviyyəsində və yerli hakimiyyət strukturlarında bu tarixə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək. Xüsusilə kitablar nəşr olunacaq, Azərbaycanın iqtisadi və mədəni inkişafına böyük töhfə vermiş, ən müxtəlif təbəqələrin nümayəndələri respublika sakinləri qarşısında çıxış edəcəklər".
Ə.Həsənov demişdir: "Hazırda bayram proqramı hazırlanır və bu zəngin və maraqlı proqram Azərbaycanın unikallığı və özünəməxsusluğunun daha bir təsdiqi olacaq. Tarix baxımından 20 il elə də böyük dövr deyil, lakin bu qısa zaman kəsiyində Azərbaycan çox böyük uğurlar qazanıb, regionda ən sürətlə inkişaf edən ölkəyə çevrilib".
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün ölkədə dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunması barədə tapşırıq verilib.
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək, öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil olub. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edilib və onun yarandığı 28 may Respublika Günü kimi qeyd olunmağa başlayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında