Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Pakistan İslam Respublikasının ölkəmizdə diplomatik fəaliyyət müddəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Əbdül Həmidlə görüşmüşdür. 
Qonağı salamlayan Ali Məclisin sədri ötən illər ərzində Azərbaycanda uğurlu fəaliyyətinə görə səfiri təbrik etmiş, ona yeni iş yerində uğurlar arzulayaraq demişdir: Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə tərəfdardır. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı qətnamənin qəbul edilməsini buna misal göstərə bilərik. Eyni zamanda, Azərbaycan da Pakistana dost, qardaş münasibəti göstərir. 2010-cu ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakət Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının narahatlığına səbəb olmuş, Azərbaycan dövləti dost ölkəyə hər cür dəstək verməyə hazır olduğunu bəyan etmişdir.
V.Talıbov Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmlənəcəyinə, inkişaf edəcəyinə, hər iki ölkənin bundan sonra da dünya birliyində daim bir-birini dəstəkləyəcəyinə əminliyini ifadə etmişdir.
Əbdül Həmid ötən dövrdə Naxçıvan Muxtar Respublikasına bir neçə dəfə səfər etdiyini, burada yüksək qonaqpərvərliklə əhatə olunduğunu bildirmiş, bunu ölkəsinə göstərilən hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün Pakistan beynəlxalq təşkilatlarda həmişə Azərbaycana dəstək verir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan İslam Respublikası bu günədək Ermənistan Respublikası ilə diplomatik münasibətlər yaratmamışdır.
Səfir diplomatik fəaliyyəti dövründə Pakistan-Azərbaycan münasibətlərinin inkişafı, ölkəsi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün səyini əsirgəmədiyini bildirmiş, səmimi görüşə görə minnətdarlıq etmişdir. Səfir Əbdül Həmid üçgünlük səfəri çərçivəsində muxtar respublikanın görməli yerləri, tarixi abidələri, mədəniyyət və istehsal müəssisələri ilə tanış olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında