BMT-nin qaçqınlar üzrə ali komissarı: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət qəbuledilməzdir

Mayın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq və regional səviyyələrdə fəaliyyəti müzakirə olunmuşdur.
A.Quterreş Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm işlərin görüldüyünü qeyd etmişdir.
Ali komissar Azərbaycanın inkişafından və müasir bir ölkəyə çevrilməsindən məmnunluğunu vurğulamışdır.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə qonağa ətraflı məlumat vermişdir. Nazir qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması sülh prosesinə müsbət təsir göstərəcəkdir.
A.Quterreş münaqişə ilə bağlı hazırkı vəziyyətin qəbuledilməz olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında