Amerikalı konqresmen Dağlıq Qarabağ münaqişəsinin ABŞ Konqresində müzakirəsinə nail olmaq niyyətindədir

ABŞ konqresmeni Cim Moran Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və baş direktoru Adil Bağırovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar müraciətinə cavab vermişdir.
Konqresmen cavab məktubunda bu məsələ ilə əlaqədar ona müraciət edildiyinə görə təşəkkürünü bildirmişdir. O demişdir: "Sağ olun ki, mənə Dağlıq Qarabağ münaqişəsi və xüsusilə Laçın haqqında yazmısınız. Həmin mövzunun Konqresin hazırkı sessiyasında müzakirə edilməsinə nail olmaq niyyətindəyəm".
Cim Moran, həmçinin qeyd etmişdir ki, ABŞ münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində bütün aspektlər üzrə nizama salınmasına dair hərtərəfli səyləri fəal surətdə dəstəkləyir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında