Kerri Kavano Ermənistanı ittiham etdi

Bursada Uludağ universitetində "Cənubi Qafqazda təhlükəsizlik" mövzusunda keçirilən konfransda çıxış edən ATƏT Minsk qrupunun keçmiş həmsədri Kerri Kavano Ermənistanı ittiham edib.
O bildirib ki, Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı uğursuzluğunun səbəbi Ermənistandır: "Bu ölkə kompromislərə hazır deyil". "Azadinform" "PanARMENIAN.Net"ə istinadən xəbər verir ki, Kavano Türkiyənin münaqişənin nizamlanmasında oynaya biləcəyi rola toxunub. O bildirib ki, Türkiyə Azərbaycanla müttəfiqlik münasibətlərini əsas götürməklə Qafqazdakı problemlərin həllində əhəmiyyətli rol oynaya bilər: "Biz Türkiyənin aktiv rolu ilə Bakı-Ceyhan, Bakı-Qars kimi fantastik layihələrin necə reallaşdığının şahidi olduq. Bu səbəbdən də mən regionda sülhə inanıram. Türkiyə Mustafa Kamal Atatürkün "Evdə sülh-cahanda sülh" şüarının Qafqazda reallaşmasına çalışmalıdır. Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabərdir. Mən əminəm ki, bu miqyasda xərcləri sülh məqsədlərinə yönəltmək olar" - deyə diplomat vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında