Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bölgədə səfərdə olan Finlandiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Petri Salo ilə görüşmüşdür. 
Qonağı salamlayan Ali Məclisin sədri ümummilli lider Heydər Əliyev kimi böyük şəxsiyyətlərin vətəni olan Naxçıvan Muxtar Respublikasına səfər etdiyi üçün səfirə təşəkkürünü bildirərək demişdir: "Naxçıvan Azərbaycanın tərkibində muxtar dövlətdir. Muxtar respublikanın özünün Konstitusiyası, parlamenti və icra strukturları vardır. Ancaq Naxçıvan Azərbaycanın tərkib hissəsi olduğu üçün müstəqil xarici siyasət həyata keçirmir".
V.Talıbov səfirin muxtar respublikaya səfərinin səmərəli olacağına əminliyini bildirmişdir.
Petri Salo Azərbaycanın gözəl guşələrindən, inkişaf etmiş regionlarından biri olan Naxçıvana səfərindən məmnunluğunu bildirərək demişdir ki, Finlandiya ilə Azərbaycan dost ölkələrdir. Münasibətlərimiz yüksək səviyyədədir. İki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün biz səylə çalışmalıyıq.
Səfir Finlandiyada da Naxçıvan kimi muxtar qurumun olduğunu vurğulamış, muxtar respublikaya səfərinin tanışlıq xarakteri daşıdığını bildirmiş, səmimi görüşə görə təşəkkür etmişdir.
Görüşdə Azərbaycanla Finlandiya Respublikası arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Qonaq ikigünlük səfəri çərçivəsində muxtar respublikanın görməli yerləri, tarixi abidələri, mədəniyyət və istehsal müəssisələri ilə tanış olacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında