Ziyafət Əsgərov: Avropa Parlamentində Azərbaycan haqqında qeyri-obyektiv qətnamənin qəbul olunması ölkəmizin bu təşkilatla olan münasibətlərinin ruhuna qətiyyən uyğun gəlmir

"Avropa Parlamentində Azərbaycan haqqında qeyri-obyektiv qətnamənin qəbul olunması ölkəmizin bu təşkilatla olan münasibətlərinin ruhuna qətiyyən uyğun gəlmir. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın Avropa İttifaqı ilə çox yaxşı münasibətləri var. Amma təəssüf edirəm ki, bu cür qətnamələr qəbul olunub". Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, may ayının 3-də yaradılan "Avronest" Parlament Assambleyası əməkdaşlıq məqsədlərinə xidmət edir. Onun sözlərinə görə, bu təşkilatın yaradılmasından bir neçə gün sonra Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsi ikili standartların təzahürüdür.
"Bu gün Qərb deyəndə, jandarma başa düşülür. Bunlar beynəlxalq siyasəti, beynəlxalq hüququ öz əllərinə alıblar, necə istəyirlər, elə də tətbiq edirlər. Onların devizi budur: güc bizdədir, resurs bizdədir. Biz necə istəyirik, elə də olmalıdır. Ədalət, bərabərlik, təhlükəsizlik məsələləri gələndə isə deyirlər ki, bunu biz özümüz həll eləməliyik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında