Sarkisyan yenə sərsəm bəyanatlarla çıxış etdi

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın "Moskovski novosti" qəzetinə verdiyi müsahibədə sərsəm bəyanatlarla çıxış edib. Onun sözlərinə görə, hərbi əməliyyatlar başlarsa, Ermənistan Qarabağın müstəqilliyini tanıya bilər. "Azadinform"un məlumatına görə, o bildirib ki, münaqişə yalnız kompromis əsasda həll oluna bilər.
Ermənistanla Türkiyə arasındakı münasibətlərə toxunan Sarkisyan vurğulayıb ki, barışıq yalnız Türkiyə "soyqırımı" tanıyacağı halda mümkündür: "Etiraf olmasa, barışıq mümkün deyil".
Rusiyanın Cənubi Qafqazdakı roluna toxunan Sarkisyan bildirib ki, Moskva regionda təhlükəsizlik məsələlərində başlıca oyunçudur: "Rusiyadan çox şey asılıdır. Digər tərəfdən, biz heç zaman ümid etmirdik ki, Rusiya sərt və birtərəfli ermənipərəst mövqe tutacaq. Hər halda Rusiya böyük ölkədir, Azərbaycan da qonşu dövlətdir. Bu səbəbdən də Rusiya Türkiyə kimi münaqişə tərəflərindən hansısa birini tam şəkildə müdafiə edə bilməz". Ermənistan prezidenti qeyd edib ki, Moskva onun ölkəsinin KTMT-də müttəfiqidir: "Döyüş əməliyyatları başlarsa, Rusiyanın öhdəliyi var ki, buna reaksiya versin".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında