Azərbaycanın Xarici İşlər Nazirliyi Liviyadakı vəziyyətlə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq etmişdir

Azərbaycanın Xarici İşlər Nazirliyi son vaxtlar Liviyada yaranmış vəziyyətlə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq etmişdir.
Nazirliyin rəsmi saytında qeyd olunur ki, fevralın 15-dən başlayaraq Liviyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlamışdır. Nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş vermiş, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olmuşdur. Nəticədə BMT Təhlükəsizlik Şurası Liviyada baş verən hadisələrlə bağlı cari il fevralın 26-da 1970 nömrəli, martın 17-də isə 1973 nömrəli qətnamələri qəbul etmişdir. Liviyanın hava məkanı isə humanitar məqsədlər istisna olmaqla, digər bütün növ uçuşlar üçün bağlı elan edilmişdir.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 1973 nömrəli qətnaməsinə əsasən, martın 19-dan beynəlxalq koalisiya qüvvələri Liviyada əməliyyatlara başlamışdır. Hazırda əməliyyatlar Tripoli, Binqazi, Zintan, Əjdəbiyyə, Breqa, Sebha, Sirte və Misurata yaxınlığında davam etdirilir. Liviyada münaqişə zonaları hər an dəyişə bilər.
Bunları nəzərə alaraq, Liviyaya səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edərkən yuxarıda sadalananları nəzərə alsınlar və ehtiyatlı olsunlar. Vacib olmadıqda səfərlərini təxirə salsınlar.
Liviyada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına iğtişaşlara qarışmamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri, hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün Tripoli şəhərində yerləşən ölkəmizin səfirliyi ilə əlaqə saxlamaları tövsiyə olunur.
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir.
Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında