"Çalışmalıyıq ki, heç olmasa, bizə yaxın olan ölkələr Azərbaycan xalqına qarşı törədilən vandalizm hərəkətlərini soyqırımı kimi tanısınlar"

ABŞ-ın Massaçusets ştatının Nümayəndələr Palatasında Xocalı faciəsinin tanınması bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi düzgün və düşünülmüş xarici siyasətin növbəti müsbət nəticəsidir.
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasinin Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva söyləmişdir. O demişdir ki, bundan xeyli əvvəl Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva tərəfindən başlanılmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində İslam Konfransı Təşkilatının Parlament İttifaqı (İKT Pİ) bu qurumun Uqandada keçirilən toplantısında Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır.
Biz bundan yararlanaraq işlərimizi daha da sürətləndirməliyik. Hər il 24 aprel ərəfəsində ermənilər tərəfindən uydurma "erməni soyqırımı" ilə bağlı hay-həşir salınır, istər-istəməz bütün türk dünyası əsassız olaraq gərginlik keçirir. Belə demək mümkündürsə, Türkiyə başda olmaqla, digər türkdilli ölkələrə qarşı bir təzyiq vasitəsi kimi istifadə olunur. Bu günə kimi Avropanın bir sıra ölkələri, eləcə də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi uydurma "erməni soyqırımı" ilə bağlı qətnamə layihələri qəbul etmişlər və bunlar məhz həmin təzyiqin tərkib hissəsidir.
Belə halların qarşısının alınması üçün Azərbaycan parlamenti indiyədək ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrini sənədləşdirmişdir. Fövqəladə İstintaq Komissiyasının materialları (1918) da ortadadır, 1913-cü ildən 1918-ci ilədək Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri qətliamlar, soyqırımı faktları burada öz əksini tapmaqdadır. Hesab edirəm ki, bu sənədləri başqa dillərə də tərcümə edib dünya parlamentlərinə göndərməliyik.
Faktlarla sübut olunmuşdur ki, 1918-ci il hadisələrindən öncə - 1905-1907-ci illərdə də ermənilər 100 mindən artıq azərbaycanlı amansızcasına qətlə yetirmişlər. 31 mart soyqırımı ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin məlum sərəncamı var və vaxtilə baş vermiş bütün qanlı hadisələr orada öz əksini tapmışdır. Bu sənədləri də dünya ölkələrinə göndərməliyik.
G.Baxşəliyeva onu da qeyd etmişdir ki, ermənilər İranda da 163 min azərbaycanlı qətlə yetirmişlər. Biz bunların hamısını sənədləşdirib digər ölkələrin parlamentlərinə göndərməli, ermənilərin bu vandalizm hərəkətlərinə hüquqi-siyasi qiymət vermələrini xahiş etməliyik. Müraciətlə kifayətlənməyərək, həm də dünya ölkələrinin parlamentləri, deputatları ilə geniş iş aparmalıyıq. Çalışmalıyıq ki, heç olmasa, bizə yaxın olan ölkələr, müsəlman ölkələri xalqımıza qarşı törədilən vandalizm hərəkətlərini soyqırımı kimi tanısınlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında