Əli Həsənov: "İstənilən dövlət məmurunun və vətəndaşın tənqid olunduğu ölkədə söz və mətbuat azadlığı hüququnun pozulmasından danışmaq subyektiv fikirdir"

"Son illər Azərbaycanda jurnalistləri yazdıqları yazıya görə həbs etmirlər və buna bir moratorium qoyulub. Başqa əməllərə görə həbsdə olan jurnalistlər var, bundan təəssüf hissi keçiririk.
Törətdiyi əməldən asılı olaraq hər bir insanın, hər bir Azərbaycan vətəndaşının həbsə düşməsi bizi də ağrıdır və narahat edir. Hakimiyyət olaraq biz istəyirik ki, heç bir insan nə cinayət eləsin, nə də məhkəmə qarşısında dayanıb əməlinə görə cavab verməli olsun. Lakin Azərbaycan cəmiyyəti bütün dünya cəmiyyətləri kimi bu tipli hallardan sığortalanmayıb". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. O bildirib ki, Azərbaycanda indiyədək jurnalistlər kimisə tənqid etdiyinə, kiminsə fəaliyyətini araşdırdığına görə mühakimə olunmayıb və olunmayacaq: "Lakin eyni zamanda jurnalistlərimiz özünü qarşısındakı vətəndaşın yerinə qoymağı bacarmalıdır".
Əli Həsənov bir sıra beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığının durumu ilə bağlı narahatlıqlarını ifadə etməsi faktını belə şərh edib: "Bu bəyanatların çoxu qərəzlidir, Azərbaycan dövlətinə və siyasətinə təzyiq etmək məqsədi daşıyan bəyanatlardır. Əgər Azərbaycanda istənilən qəzetdə hakimiyyətlə bağlı tənqidə rast gəlinirsə, istənilən dövlət məmurunu, istənilən vətəndaşı açıq şəkildə tənqid etmək, araşdırmaq imkanları varsa, belə ölkədə söz və mətbuat azadlığının pozulmasından danışmaq yüz faiz subyektiv fikirdir. "Freedom House", "Sərhədsiz Reportyorlar" və digər təşkilatların fəaliyyətini bütövlükdə şübhə altına almırıq, amma onlar hansısa fonddan maliyyələşərək fəaliyyət göstərirlər, hansısa qurumlara xidmət edirlər. Onlar sifarişlər həyata keçirirlər, maliyyə verən qurumlar qarşısında məsuliyyət daşıyırlar.
Şimali Afrikada baş verən hadisələrə baxın, transmilli televiziyaların məlumatına baxın. Hamısı ütülənib, bir mərkəzdən formalaşdırılan və yayılan informasiyadır. Liviyada, Tunisdə, Misirdə baş verən hadisələrlə bağlı heç müxalif fikirdə olan yoxdurmu? Onlarda bir siyasət var, o siyasəti də həyata keçirirlər".
Şöbə müdiri bildirib ki, medianın təsis olunması, media və jurnalist fəaliyyəti üçün heç bir yasaqlayıcı, qadağanedici qanunun, mexanizmin olmadığı Azərbaycan kimi bir ölkədə media azadlıqlarının pozulması fikrini səsləndirmək qətiyyən doğru ola bilməz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında