Bahar Muradova: "Serj Sarkisyanın Şuşanın işğalını "azad olunma" kimi dəyərləndirməsi təxribat məqsədi daşıyır"

"Serj Sarkisyanın Azərbaycanın qədim ərazisi olan Şuşanın işğalını "azad olunma" kimi dəyərləndirməsi təxribat məqsədi daşıyır". 
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin sədr müavini Bahar Muradova verib. O qeyd edib ki, Ermənistanda Şuşanın işğal gününün təntənə ilə bayram kimi qeyd edilməsi və prezident Serj Sarkisyanın həqiqətə uyğun olmayan qərəzli fikirlər söyləməsi beynəlxalq aləmin diqqətindən yayınmamalıdır. Milli Məclis sədrinin müavini Azərbaycanın təxribatlara uymayacağını söyləyib: "Azərbaycan tutduğu yolla məsələnin həllinə nail olacaq. İnanıram ki, bu yol əvvəl-axır Azərbaycanı uğura çatdıracaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında