İstanbulda BMT-nin az inkişaf etmiş ölkələrə yardımla bağlı konfransı keçirilmişdir

Azərbaycanın Baş naziri Artur Rasizadə konfransda iştirak etmişdir 
İstanbulda Lütfi Kırdar Konqres Mərkəzində BMT-nin Az İnkişaf Etmiş Ölkələrin IV Konfransı (LDC-IV) keçirilmişdir.
Azərbaycanın Baş naziri Artur Rasizadə konfransda iştirak etmişdir.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu, İran və Əfqanıstanın prezidentləri Mahmud Əhmədinejad və Həmid Kərzai konfransın iştirakçıları arasında olmuşlar.
Konfransın açılışından əvvəl deputatların, ziyalıların və vətəndaş cəmiyyəti qurumlarının forumları keçirilmişdir. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov vətəndaş cəmiyyəti qurumlarının forumunda iştirak etmişdir.
Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Abdullah Gül bildirmişdir ki, on ildən bir keçirilən bu tədbirdə müxtəlif ölkələrdən gəlmiş 60 dövlət və hökumət başçısı, 100-ə yaxın nazir iştirak edir. Konfransda siyasi bəyannamə qəbul ediləcəkdir. Prezident demişdir ki, ən az inkişaf etmiş ölkələrdə 1 milyarda yaxın insan yaşayır. Əgər 1971-ci ildə bu ölkələrin sayı 25 idisə, indi bu rəqəm 48-ə çatmışdır.
Azərbaycanın Baş naziri Artur Rasizadə çıxışında bildirmişdir ki, Ermənistanın təcavüzü nətisəcində ölkəmizdə 1 milyona yaxın qaçqın və məcburi kökçün vardır. Azərbaycan hökuməti bu insanlara yardım üçün lazımi tədbirləri həyata keçirir. Dövlətimiz BMT çərçivəsində yoxsul ölkələrə yardım layihələrində də fəal iştirak edir. Azərbaycan humanitar yardımlar, yoxsul insanlara səhiyyə və təhsil məsələlərində təcrübəsini bu ölkələrlə paylaşmağa hazırdır.
BMT-nin baş katibi Pan Gi Mun bildirmişdir ki, on il əvvəl dünyada yoxsulluğun azaldılmasına dair təsdiq olunmuş planın yerinə yetirilməsinin müzakirəsi aparılacaqdır. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr az inkişaf etmiş ölkələrin iqtisadiyyatının dirçəldilməsində fəal iştirak etməlidirlər. İstanbul konfransında yeni onillik fəaliyyət planı qəbul olunacaqdır.
"Çırağan" sarayında Türkiyə Prezidentinin adından konfrans iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında