Azərbaycanın baş konsulu: Prezident Obama bəlağətli nitqlər söyləsə də, bunun arxasında heç nə durmur

ABŞ-ın Montana ştatının əsas qəzetlərindən biri "Bozman Deyli Xronikl" Birləşmiş Ştatların bölgəmizdəki siyasətinə həsr edilmiş məqalə dərc etmişdir. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun Montana Dövlət Universitetinin Enerji İnstitutundakı mühazirəsini işıqlandıran qəzet yazır ki, Azərbaycanın beynəlxalq münasibətlərdə rolu bu gün mühüm olaraq qalır. Hələ İkinci Dünya müharibəsi zamanı A.Hitlerə üzərində xəritə əks edilən ad günü tortu bağışlananda o, Azərbaycan hissəsinin kəsib ona verilməsini istəmişdi.
"Bozman Deyli Xronikl" qeyd edir ki, son illər ABŞ-ın Mərkəzi Asiyada yürütdüyü siyasət onun nüfuzunu azaltmışdır. Qəzet məqalədə Elin Süleymanovun çıxışından sitat gətirərək yazır: "Prezident Obama bəlağətli nitqlər söyləsə də, bunun arxasında heç nə durmur. Rusiya liderləri isə, əksinə, çox danışmasalar da, vacib saydıqları bütün addımları atırlar".
Qəzetə müsahibəsində baş konsul bildirmişdir ki, Klinton hakimiyyəti bölgəyə hərtərəfli baxışı ilə seçilirdi. Buş və Obama hakimiyyətləri isə öz xarici siyasətlərini simvollar üzərində qururlar. Məsələn, Buş hakimiyyəti diqqətini bölgədə demokratik inqilablar ideyasında cəmləşdirirdi. Obama hakimiyyəti isə hazırda Türkiyə və Ermənistan münasibətlərindəki gərginliyi nəyin bahasına olursa-olsun aradan qaldırmağa çalışır. Klinton hakimiyyəti zamanı biz, ABŞ-ın bölgəmizdə uzunmüddətli marağının olmasına inanırdıq. Əgər ABŞ siyasəti uzunmüddətli deyilsə, bu, nəticə etibarilə Birləşmiş Ştatların profilini zəiflədər və xarici siyasətdə edə biləcəklərini məhdudlaşdırar.
Qeyd edək ki, Montana Dövlət Universitetinin beynəlxalq münasibətlər üzrə ixtisas alan tələbələrinə Qara dəniz və Mərkəzi Asiya regionunu əhatə edən xüsusi kurs tədris edilir. Cənubi Qafqaz üzrə tədqiqatları ilə tanınan jurnalist Tomas Qolts tərəfindən tədris edilən bu layihə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə yaradılmışdır.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında