Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan BMT-nin Azərbaycan Respublikasındakı rezident-əlaqələndiricisi Fikrət Akçura ilə görüşmüşdür. Ali Məclisin sədri demişdir ki, Azərbaycan bu quruma 1992-ci ildə daxil olmuşdur. Həmin ilin martından ölkəmizin BMT-də nümayəndəliyi, 1993-cü ildən təşkilatın Azərbaycanda nümayəndəliyi fəaliyyətə başlamışdır. 1993-2011-ci illər ərzində nümayəndəlikdən müxtəlif təyinatlı proqramlar üzrə Naxçıvana səfərlər olmuşdur. 
BMT tərəfindən ölkəmizdə reallaşdırılan proqramların Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da həyata keçirildiyini vurğulayan sədr demişdir: - Birləşmiş Millətlər Təşkilatının İnkişaf, eləcə də İnsan Hüquqları Komitəsinin din və əqidə azadlığı üzrə proqramlarında, Azərbaycan Kənd İnvestisiya Layihəsində, Dünya Bankının həyata keçirdiyi proqramlarda Naxçıvan Muxtar Respublikası iştirak edir. 2010-cu ilin iyun ayında Naxçıvanda Azərbaycan Kənd İnvestisiya Layihəsinin xətti ilə "Zonalararası qarşılıqlı görüşlər" sessiyası keçirilmişdir. Ötən illər ərzində Birləşmiş Millətlər Təşkilatının muxtar respublika ilə əlaqələri çox məhsuldar olmuş, burada həyata keçirilən proqramlar uğurla nəticələnmişdir.
Ali Məclisin sədri Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə əlaqələrdən razılığını, əslən türk olan Fikrət Akçuranın bu vəzifəyə təyin olunmasından məmnunluğunu bildirərək demişdir: - Sizin Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə rezident - əlaqələndiricisi təyin olunmağınız Azərbaycanla bu təşkilat arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, həyata keçirilən proqramların uğurlu olmasına şərait yaradacaqdır.
Ali Məclisin sədri rezident-əlaqələndiricisinin muxtar respublikaya səfərindən məmnunluğunu bildirmiş, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Fikrət Akçura demişdir ki, Azərbaycan sürətlə inkişaf edən bir ölkədir. Birləşmiş Millətlər Təşkilatının xidmət etdiyi ünvanlar əsasən zəif inkişaf edən ölkələrdir. Bu baxımdan Azərbaycan kimi sürətlə inkişaf edən, müasirləşən ölkədə fəaliyyət göstərmək mənim üçün çox rahatdır. Azərbaycan çox çətin günlər yaşamışdır. Ancaq ümummilli lider Heydər Əliyevin səyi nəticəsində ölkə iqtisadi cəhətdən güclənmiş, buradakı problemlər öz həllini tapmışdır. Ümid edirik ki, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunacaq, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıdacaqlar.
Fikrət Akçura Naxçıvan Muxtar Respublikasına səfərinin tanışlıq xarakteri daşıdığını bildirmiş, səmimi görüşə görə təşəkkür etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Qonaq ikigünlük səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, muxtar respublikanın görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında