Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun növbəti iclası Moskvada keçiriləcəkdir

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun Bakıda keçirilmiş 28-ci iclası başa çatmışdır. 
Aprelin 27-də iclasın yekunlarına dair mətbuat konfransı keçirilmişdir.
Müzakirələrin nəticələrini müsbət qiymətləndirən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdir: "Bir sıra razılaşdırılmayan məqamların razılaşdırılması istiqamətində dialoq aparılmış, rəsmi sənəd qəbul olunmuşdur. Bununla belə, razılaşdırılmayan məqamlar da hələ çoxdur".
X.Xələfov razılaşdırılmayan məsələlər sırasında Xəzərin su səthinin istifadəsi, milli zonalar arasında fərq, hər bir dövlətin dənizdəki hüququ, gəmiçilik və hərbi fəaliyyət kimi məqamların olduğunu qeyd etmişdir. Yaxın zamanlarda bu məsələlərin də öz həllini tapacağına ümid etdiyini deyən nazir müavini vurğulamışdır ki, iki gün davam edən iclas Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi işinə öz töhfəsini verəcəkdir.
İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə isə bildirmişdir ki, beştərəfli konvensiya tam qəbul olunmayanadək Xəzərin hüquqi statusuna dair keçmiş SSRİ ilə İran arasındakı müqavilə qüvvədə qalmış hesab olunur.
Rusiyanın Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xüsusi işçi qrupunun nümayəndəsi Aleksandr Qolovin, Türkmənistanın Xəzər üzrə xüsusi nümayəndəsi Murat Atacanov, Qazaxıstanın Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq bölməsinin rəhbəri Zülfiyə Amanjalova iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etmişlər.
Qonaqlar görüşün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, nəticələrdən razı qaldıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun növbəti iclası Moskvada keçiriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında