Hulusi Kılıc: Türkiyə hər zaman Azərbaycanın haqq işini dəstəkləyəcək

"Türkiyə hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək". Bu fikirləri Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc deyib.
Səfir bildirib ki, Türkiyə ilə Azərbaycan qardaş dövlətlərdir və onlar bütün məsələlərdə həmrəylik nümayiş etdirirlər. Bunun qürurverici olduğunu bildirən H.Kılıcın sözlərinə görə, hər iki dövlətin qarşısında duran problemlərdən biri erməni məsələsidir.
"Ermənilər uydurma" soyqırımı" gündəmə gətirməklə Türkiyənin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. Eyni zamanda, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənilər türk və Azərbaycan xalqına qarşı qətliamlar törədiblər. Bütün bunları dünya qəbul etməlidir. Biz bir olub, güclü olacağıq və haqqımızı dünyaya tanıdacağıq" deyə səfir vurğulayıb.
H.Kılıc ölkəsinin Ermənistandakı "Metsomor" AES-in bağlanması ilə əlaqədar Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında