AŞPA Bürosuna Ermənistandakı Atom Elektrik Stansiyasının bağlanması tələb olunan qətnamə layihəsi təqdim edilib

Avropa Şurası Parlament Assambleyasının Bürosuna Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasının bağlanması tələb olunan tövsiyə xarakterli qətnamə layihəsi təqdim edilib.
Bu barədə APA-ya AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov məlumat verib. O bildirib ki, sənədə 30-a yaxın deputat imza atıb. "Qətnamədə "Metsamor" stansiyasının təhlükəli fəaliyyətinin araşdırılması üçün məruzəçinin təyin edilməsi və xüsusi təhqiqat komissiyasının yaradılması tələb olunur".
R. Hüseynovun sözlərinə görə, Yaponiyadakı fəlakətdən sonra köhnə sovet texnologiyası ilə inşa edilmiş və seysmik zonada yerləşən "Metsamor"un nə qədər təhlükəli olduğunu getdikcə daha çox adam anlayır: "Ermənistandakı AES bütün region ölkələri üçün ciddi təhlükə mənbəyidir. Mən inanıram ki, qətnamədə tələb edildiyi kimi, məruzəçi təyin olunacaq və Ermənistandakı Atom Elektrik Stansiyasının fəaliyyəti beynəlxalq səviyyədə araşdırılmağa başlanacaq".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında