Türkiyə Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri: "Aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib"

"Aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq ölkədə cinayətkar fəaliyyətinə görə "Daşnaksutyun" və "Hınçak" partiyalarının rəhbərləri həbs olunub".
APA-nın məlumatına görə, bunu Türkiyənin Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) İdarə Heyətinin sədri Göksel Gülbey deyib. O bildirib ki, bunu arxiv materialları da sübut edir: "Həmin şəxslər yalnız həbs olunublar. Ermənilərin bəhs etdiyi köçürülmə hadisəsi də bu tarixə təsadüf etmir".
G. Gülbey artıq erməni yalanlarının ifşası ilə bağlı Azərbaycan və Türkiyə tərəfdən mühüm addımlar atıldığını vurğulayıb: "Bu işdə əsasən Fransa fəallıq edir. Saxta "soyqırım"la bağlı məsələlərin qaldırılmasında oradakı ermənilər çox canfəşanlıq göstərirlər. Hər il ABŞ-da da eyni məsələlər gündəmə gəlir".
G. Gülbey ABŞ-ın hinduları, Fransanın isə Əlcəzair əhalisini kütləvi şəkildə qətlə yetirdiyini xatırladıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında