Azərbaycanın Baş naziri Artur Rasizadə Kiyev sammitində dünya ictimaiyyətini Ermənistandakı Metsamor AES-in bağlanmasına kömək etməyə çağırmışdır

Aprelin 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Çernobıl AES-də baş vermiş qəzanın 25 illiyinə həsr olunmuş sammitdə iştirak etmək üçün Kiyevə səfərə gəlmişdir. 
"Ukrayna evi"ndə nüvə enerjisindən təhlükəsiz və innovasiyalı istifadə edilməsi məsələlərinə dair Kiyev sammiti işə başlamışdır. Azərbaycanın Baş naziri sammitdə çıxış etmişdir.
Kiyev sammitində 60-dan çox nümayəndə, o cümlədən 17 nəfər dövlət və hökumət başçısı, dünyanın bir sıra ölkələrinin ali vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Azərbaycanın Baş naziri Artur Rasizadə öz çıxışında ən dəhşətli texnogen fəlakətin - Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı vermişdir. O vurğulamışdır ki, Azərbaycan həmişə, o cümlədən bu faciə baş verən vaxtda da Ukraynanın yanında olmuşdur.
A.Rasizadə onu da qeyd etmişdir ki, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş 8 min azərbaycanlı öz sağlamlığını itirmişdir. Azərbaycanda bu insanlar sosial qayğı və dövlətin diqqəti ilə əhatə olunmuşlar.
Azərbaycanın Baş naziri sammit iştirakçılarının diqqətini Ermənistandakı Metsamor AES-in seysmik təhlükəli zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün çox böyük təhlükə mənbəyi olmasına cəlb etmişdir. A.Rasizadə dünya birliyini artıq dağıdıcı zəlzələlərin baş verdiyi Ermənistandakı AES-in bağlanmasına kömək etməyə çağırmışdır.
Sammitin nəticələrinə əsasən Yüksək Səviyyəli Bəyannamə qəbul edilmişdir.
Azərbaycanın Baş naziri Artur Rasizadə sammit çərçivəsində Argentinanın xarici işlər naziri Ektor Timerman ilə görüşmüşdür. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Elə həmin gün Azərbaycanın Baş naziri A.Rasizadə Bakıya yola düşmüşdür.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında