Ziyafət Əsgərov: Ermənistanın deməyə sözü olmadığı üçün Dağlıq Qarabağla bağlı müzakirələrdən yayınır

Ermənistanın deməyə sözü olmadığı üçün beynəlxalq təşkilatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlardan yayınır. 
Bu barədə "Trend" İnformasiya Agentliyinə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib: "ATƏT, AŞPA, Avropa İttifaqı, NATO, BMT-də qəbul edilən sənədlər, eləcə də dünyanın aparıcı dövlət rəhbərlərinin bəyanatları Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyindən xəbər verir.Bu səbəbdən Ermənistan ATƏT-dən başqa, digər beynəlxalq təşkilatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdən yayınır. Ermənistan tərəfi elə bir mövqe tutur ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməlidir və hansısa digər vasitəçilik prosesə mane olacaq".
Z. Əsgərovun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanması üçün əlindən gələni edir. O hesab edir ki, Ermənistanı danışıqlar prosesində fəallaşdırmağın yeganə yolu Azərbaycanın iqtisadiyyatının və ordusunun bundan belə də gücləndirilməsidir: "Təəssüf ki, bu gün beynəlxalq hüquq öz gücünü nümayiş etdirə bilmir: 18 il əvvəl BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi üzrə qəbul etdiyi dörd qətnamə indiyədək yerinə yetirilməyib. Bu göstərir ki, beynəlxalq hüquq işləmir və bu mənada Azərbaycan daha da güclənməlidir", - birinci vitse-spiker qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, Fransa və ABŞ-ın səyləri ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında