Azərbaycanın Baş naziri ilə görüş

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku aprelin 18-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.
Rumıniya Prezidenti Trayan Besesku Bakıya növbəti səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləmiş, ötən illərdə əldə olunan razılaşmaların bu gün öz bəhrəsini verdiyinin əlamətdar fakt olduğunu vurğulamış, əməkdaşlığın inkişafında Azərbaycanın əvəzolunmaz rolunu diqqətə çatdırmışdır.
Ali qonağı ölkəmizdə görməkdən məmnunluğunu bildirən Baş nazir Artur Rasizadə demişdir ki, Azərbaycan Rumıniyanı dost ölkə hesab edir. Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayan Baş nazir Rumıniya Prezidentinin bu səfərinin ikitərəfli münasibətlərə yeni töhfə verəcəyini bildirmişdir. Baş nazir onu da qeyd etmişdir ki, Rumıniyanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında