Azərbaycanlı deputatın məruzəsi AŞPA yay sessiyasının gündəliyinə daxil edilmişdir

Parlament Assambleyasının yaz sessiyası çərçivəsində axırıncı iclasını keçirən Ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional işlər komitəsi AŞPA-nın növbəti sessiyasının gündəliyinə daxil ediləcək mövzularla bağlı fikir mübadilələri aparmışdır.
Komitənin üzvü Rafael Hüseynovun son iki il ərzində üzərində işlədiyi, ötən il əvvəlcə Londonda - Böyük Britaniya Parlamentində xüsusi kollokviumda müzakirə edilmiş, daha sonra bu il Buxarestdə - Rumıniya Parlamentində AŞPA-nın genişləndirilmiş komitə iclasında qətnamə layihəsi maddə-maddə səsə qoyularaq yekdilliklə təsdiq edilmiş "Səs və işıq çirkləndirmələri" adlı məruzə diqqət mərkəzində olmuşdur.
Komitə sədri A.Lotman bu məruzənin yüksək professional səviyyədə yazıldığını qeyd etməklə yanaşı, mövzunun son dərəcə aktual olduğunu vurğulamış, istər ekoloji, istərsə də insan hüquqları baxımından əhəmiyyət daşıdığını qeyd etmişdir.
Bu, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun AŞPA-da hazırlamış olduğu dördüncü məruzəsidir. Ötən illərdə R.Hüseynov Mədəniyyət, elm, təhsil, eləcə də Hüquq məsələləri və insan hüquqları komitələrinin xəttilə 3 məruzə hazırlamışdı.
Ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional işlər komitəsi azərbaycanlı deputatın "Səs və işıq çirkləndirmələri" adlı məruzəsinin AŞPA yay sessiyasının gündəliyinə salınması barədə qərar qəbul edərək, sənədi Parlament Assambleyasının bürosuna təqdim etmişdir.
AŞPA-nın yay sessiyası iyunun 21-25-də keçiriləcəkdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında