AŞPA iclasında erməni deputata layiq olduğu cavab verilmişdir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yaz sessiyasının aprelin 12-də keçirilmiş iclasında AŞ Nazirlər Komitəsinin hazırda fəaliyyətdə olan sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu başçılıq etdiyi qurumun sessiyalararası fəaliyyətindən danışmış və deputatların ona ünvanladığı suallara cavab vermişdir.  
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zohrabyan ulu babalarının suyu bulandırmaq, başqa xalqlara iftira və böhtan atmaq kimi adətlərinə və vərdişlərinə sadiq qalaraq, Nazirlər Komitəsinin sədrinə diplomatik gediş etmiş, dözümlülük məsələsinin Türkiyənin quruma rəhbərlik etdiyi vaxtda da əsas prioritetlərdən biri olduğunu xatırlatmış, dinlərarası dialoq və dözümlülük məsələsindən danışarkən Azərbaycanın guya başqa dinlərə hörmətlə yanaşmadığını bəyan etmiş, buna guya Naxçıvan ərazisindəki erməni qəbirlərinin dağıdılması kimi cəfəng və uydurma bir misal gətirmiş, Nazirlər Komitəsinin bununla bağlı özünün faktaraşdırıcı missiyasını göndərib-göndərməməsi ilə bağlı sual vermişdir.
Əhməd Davudoğlu erməni deputatının sualına cavabında bu məsələnin ümumiyyətlə Nazirlər Komitəsində müzakirə edilmədiyini diqqətə çatdıraraq demişdir ki, mənim bu məsələ haqqında hər hansı bir konkret məlumatım olmadığı üçün onun üzərində dayanmaq istəməzdim. Çünkü bu məsələ ümumiyyətlə NK-nın iclaslarında müzakirə edilməmişdir. Amma Türkiyə xarici işlər naziri qismində onu deyə bilirəm ki, istər Qafqaz, istərsə də Balkan bölgələrində biz prioritet məsələ kimi ilk olaraq tolerantlıq siyasətini yürüdürük. Hesab edirik ki, hamı özünü belə aparmalıdır. Bunu, həmçinin Cənubi Qafqaz bölgəsində gərginlik yaradan tərəflər də ilk növbədə, həyata keçirməlidirlər. Misal üçün, ilk növbədə yaxşı olar kı, Azərbaycanın işğal edilmiş əraziləri tezliklə azad edilsin, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qaytarılsın. Bunsuz nə qədər dözümlülük və dözümsüzlükdən danışsaq da heç bir xeyri olmayacaqdır. İlk növbədə bunu yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Amma biz hesab edirik ki, Qafqaz xalqları bir-birinə qarşı hörmətlə yanaşaraq, həmişə birgə yaşamışlar və bundan sonra da yaşaya biləcəklər.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında