Kosovo presedenti Dağlıq Qarabağ münaqişəsinin həllində tətbiq edilə bilməz

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz, Bilkənt Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Mark Almond və jurnalistika fakültəsinin müəllimi Devid Barçardın məruzəçi qismində çıxış etdikləri tədbirdə Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında fərqləri və ziddiyyətləri müəyyənləşdirmək istiqamətində fikir mübadiləsi aparılmışdır.
Cəlal Cem Oğuz bildirmişdir ki, Balkanlardakı və Cənubi Qafqazdakı münaqişələri bir-birindən fərqləndirmək lazımdır və tarixi faktlar nəzərə alınarsa, Kosovo Dağlıq Qarabağ münaqişəsinin həlli üçün presedent ola bilməz. Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında prinsipial fərqlərin olduğunu qeyd edən natiq, Ermənistanın hər iki problemin eyniləşdirilməsi istiqamətindəki iddialarını əsassız hesab etmişdir.
Mark Almond diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltmiş, beynəlxalq ictimaiyyəti münaqişənin həlli istiqamətində konkret addımlar atmağa çağırmışdır. Bildirilmişdir ki, NATO-nun Balkanlarda münaqişələrin həlli istiqamətində atdığı addımlar Dağlıq Qarabağa münasibətdə də tətbiq edilməlidir.
Devid Barçard Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsinin dəhşətli hadisə olduğunu bildirmişdir. Dünya ictimaiyyəti diqqəti bu fakta cəlb etməli, qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin edilməsi üçün səy göstərməlidir.
Tədbirdə iştirak edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında böyük fərqlərin olduğunu demişdir. A.Mirzəzadə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktının beynəlxalq təşkilatların müvafiq sənədlərində öz təsdiqini tapdığını vurğulamışdır. Kosovodan fərqli olaraq Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edildikdən və burada yaşayan azərbaycanlılar öz doğma torpaqlarından zor gücü ilə çıxarıldıqdan sonra müstəqillik iddiaları ilə çıxış etməyə başlanmışdır. Bu baxımdan Kosovo və Dağlıq Qarabağ problemini eyniləşdirmək yolverilməzdir.
"Dəyirmi masa"da Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında