Avropa İttifaqının Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı son bəyanatı obyektivlikdən uzaqdır

"Avropa İttifaqının Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı son bəyanatı faktlara söykənmir. Hesab edirəm ki, Avropa İttifaqının mövqeyi obyektivlikdən uzaqdır, faktlara istinad etmir".
APA-nın xəbərinə görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, 2 aprel tarixində bəzi müxalifət partiyaları Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə mitinq keçirməkdən imtina edərək qanunsuz hərəkətlərə yol verib, belə olan halda isə hüquq-mühafizə orqanları qanuni addımlar atıb. Onun sözlərinə görə, Avropa ölkələrinin özündə də bu cür hərəkətlərin qarşısı dövlət orqanları tərəfindən alınıb, buna görə də bu cür bəyanat səsləndirmək reallıqdan tamamilə uzaqdır: "Bəyanatda bildirilir ki, aksiya zamanı KİV nümayəndələrinə təzyiqlər edilib, KİV nümayəndələri saxlanılıb. Əslində, belə deyil. Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Ola bilsin ki, kimsə jurnalist olub, amma siyasi partiya üzvü kimi bu qanunsuz aksiyada iştirak edib. Belələrinin isə digər aksiya iştirakçılarından heç bir fərqi yoxdur. Bilirsiniz ki, bu hadisələr zamanı jurnalistlərə bütün imkanlar yaradılmışdı, KİV nümayəndələri xüsusi geyimlərdə idi. Onlar sərbəst şəkildə hadisələri işıqlandırdılar".
YAP İcra katibinin müavini qeyd edib ki, bu gün ictimai-siyasi sabitlik Azərbaycan vətəndaşları üçün, bütövlükdə xalqımız üçün çox önəmlidir: "Ölkəmiz Ermənistan tərəfindən təcavüzə məruz qalıb, bizim qarşımızda duran ən mühüm vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Belə bir şəraitdə Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin pozulması birbaşa təcavüzkar Ermənistana xeyir gətirən məsələdir. Ona görə də Azərbaycan xalqı sabitliyin pozulmasına yönələn bütün cəhdlərin əleyhinədir".

{nl}

APA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında