Əli Əhmədov: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı məqamlar kifayət qədər təhrif olunub"

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan reallıqları təhrif olunub. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ Dövlət Departamentinin 2010-cu ildə "İnsan hüquqlarının vəziyyəti" ilə bağlı hesabatının Azərbaycanla bağlı hissəsinə münasibət bildirərkən deyib. 
İlk olaraq "hər hansı bir dövlətin ayrı-ayrı ölkələrdə ictimai-siyasi vəziyyətlə bağlı hesabat hazırlaması nə dərəcədə düzgündür? Buna onların nə dərəcədə mənəvi haqqı var?" sullarına aydınlıq gətirilməsinin vacib olduğunu deyən Ə.Əhmədov bildirib ki, istənilən ölkədə bu və ya digər nöqsanlar tapmaq mümkündür: "O ki qaldı Dövlət Departamentinin hazırladığı hesabata, burada Azərbaycanla bağlı məqamlar kifayət qədər təhrif olunub. Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyatı yüksəlir, insanların rifahı yaxşılaşır. Azərbaycan insan haqlarının qorunması istiqamətində öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Bir il öncə keçirilən parlament seçkilərində Azərbaycan vətəndaşları öz iradələrini ortaya qoydular, istədikləri namizədlərə səs verərək həmin insanlara xalqı Azərbaycan parlamentində təmsil etməklə bağlı müvafiq mandatlar verildi. Bütün bunların hamısı Azərbaycanın reallıqları və gerçəklikləridir. Müəyyən bir dövlətin Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlamasına hər hansı formada haqq qazandırmaq mümkün deyil".
Hesabatda qərəzlilik və qeyri-obyektivliyin aydın şəkildə göründüyünü bildirən YAP icra katibi qeyd edib ki, bir sıra ölkələrdə müşahidə olunan narazılıqlarda, insanların həlak olmasında bu cür dövlətlərin qeyri-obyektiv şəkildə hazırlanmış hesabatları ciddi şəkildə rol oynayır: "Vaxtilə hansısa bir ölkədə onlar kütləvi qırğın silahları axtarırdılar, ölkəni tarmar etdilər. Yüz minlərlə insan həlak oldu, ancaq kütləvi qırğın silahı tapılmadı. İndi başqa bir ölkəni dağıdırlar. Hansısa bir dövlət başçısını vəzifədən devirməkdən ötrü minlərlə, on minlərlə insan həlak olur. Mənə elə gəlir ki, dünya birliyi bütün bu suallara cavablar axtarmağa çalışmalıdır. Bu halların baş verməsinin səbəbkarlarının kimlər olduğu suallarına cavablar axtarılmalıdır. O ki qaldı ayrı-ayrı ölkələrdə baş verən proseslərə, bu, hər bir ölkənin daxili işidir. Hər bir ölkə hökuməti və hakimiyyəti öz xalqı qarşısında hesabat verir və eynilə də daxili siyasətlə bağlı baş verən bütün məsələlər hökumətlə xalq arasındakı münasibətlərdə öz əksini tapmalıdır".

{nl}

SİA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında