Paşinyan əsl erməni demaqoqudur

Ermənistanın əsl erməni xarakterli, iküzlü baş naziri Nikol Paşinyan bu yaxınlarda bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlara hazırdır. O, bu fikirləri jurnalistlərə açıqlamasında bu cür dilə gətirmişdi:"Biz danışıqlar aparmağa hazırıq. Azərbaycan Prezidenti ilə danışıqlara hazıram. Danışıqlar üçün material var. Görüş və danışıqlar çox xeyirlidir. Biz hər şeyi həll etmək üçün səylərimizi davam etdirməyə hazırıq. Həll atmosferi vacibdir. Biz bu atmosferi pozacaq addımlar atmırıq.”

Təsəvvür edin, adam bir  həftə öncə deyir ki, həll atmosferi vacibdir və biz bu atmosferi pozacaq addımlar atmırıq. Lakin bir  həftə sonra keçirdiyi mətbuat konfransında  tam tərsinə mövqe tutur və Azərbaycandan Qarabağ münaqişəsinin həllində güzəştlər tələb edir. Belə ki, Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib ki, "öncə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat versin. Sonra Emənistan öz güzəştləri barədə məlumat verə bilər".

Bu cür gülünc və sərsəm iddia Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll atmosferini pozacaq addım deyilsə, bəs nədir? Paşinyanın yan-yörəsindəki debillər və müharibə "qarğa"ları bu adama anlatsınlar ki, onun Azərbaycandan güzəştlər siyahısı tələb etməyə heç bir mənəvi-siyasi ixtiyarı yoxdur. Bu münaqişənin həlli prosesində ön şərtlər irəli sürə biləcək və güzəştlər tələb edə biləcək yeganə tərəf varsa,  o da Azərbaycandır. Yəni  Paşinyanın bu tələbi başını itirmiş bacarıqsız siyasətçinin növbəti təxribatıdır. Paşinyan əsl erməni demaqoqudur.

Əlisahib HÜSEYNOV,
Demokratik Azərbaycan Dünyası Partiyasının  sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında