Novruz Məmmədov: "ATƏT-in Daimi Şurasının 2 aprel aksiyası ilə bağlı bəyanatını ədalətli, qərəzsiz hesab etmək mümkün deyil"

"Bu bəyanat Azərbaycanda iqtidarla müxalifət arasında əməkdaşlıq ruhuna mənfi təsir göstərərək gərginlik yaratmağa xidmət edir"
Bakı-APA. "2 aprel aksiyası ilə bağlı ATƏT-in Daimi Şurasının bəyanatını, çox təəssüflər olsun ki, ədalətli, qərəzsiz hesab etmək mümkün deyil". Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Daimi Şurasının 2 aprel aksiyası ilə bağlı bəyanatını APA http://www.apa.az-ya belə şərh edib.
"Birincisi, ona görə ki, radikal müxalifətin keçirdiyi aksiya, heç də qeyd edildiyi kimi, dinc aksiya olmayıb. Bu aksiya daha çox provokasiya məqsədi daşıyırdı. Aksiya keçirənlər kiçik qruplarla şəhərin izdihamlı küçə və meydanlarında diqqəti cəlb edərək hüquq-mühafizə orqanlarının nümayəndələrini qeyri-qanuni, təhrikedici hərəkətləri ilə təxribata çəkmək üçün bütün addımları atırdılar. Onların bu niyyəti baş tutmadı.
Jurnalistlərin fəaliyyətinə gəldikdə isə, deyilənlər də həqiqətə uyğun deyil. Azərbaycanda jurnalistlərin öz peşələri ilə sərbəst məşğul olmaq imkanları var və onlar bu imkanlardan tam istifadə edirlər.
İkincisi isə, bəyanatda heç xatırlamaq belə istəmirlər ki, aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bir neçə yer ayrılmışdır. Dinc aksiya keçirmək istəyənlər şəhərin insanların sıx olduğu yerlərdə yox, onlara ayrılmış yerdə toplaşaraq mövqelərini bildirə bilərdilər. Lakin göründüyü kimi aksiya keçirənlərin niyyətləri başqa idi.
Nəhayət, ATƏT-in Daimi Şurasının dərhal belə, real prosesləri əks etdirməyən, həqiqətə uyğun olmayan bəyanat verməsi bir tərəfdən təəssüf və təəccüb doğurur, digər tərəfdən isə Azərbaycanda iqtidarla müxalifət arasında əməkdaşlıq ruhuna mənfi təsir göstərərək gərginlik yaratmağa xidmət edir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında