ABŞ konqresmenləri 907-nin ləğvinə çağırırlar

ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvləri Konqresin Təxsisatlar Komitəsinin dövlət, xarici əməliyyatlar və müvafiq proqramlar üzrə alt komitəsinin sədri xanım Nita Louiyə məktub ünvanlamışlar.
İşçi qrupunun həmsədrləri Bill Şuster, Solomon Ortiz, eləcə də fəal üzvləri Maykl MakMahon və Eddi Bernis Conson tərəfindən imzalanan məktubda qanunvericilər alt komitə sədrini 2011-ci maliyyə ili büdcəsinə baxılarkən ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə səbəb olan yardım proqramlarını dəstəkləməyə çağırmışlar. Onların fikrincə, bir sıra mühüm məqamlar nəzərə alınmalıdır. O cümlədən, Dağlıq Qarabağın separatçı rejiminə vəsait ayrılmamalıdır. Bununla bağlı narahatlığını ifadə edən Konqres üzvləri nəzərə çatdırmışlar ki, beynəlxalq icma tərəfindən suveren Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda etnik azərbaycanlı qalmayıb. Münaqişə həm Ermənistan, həm də Azərbaycan üçün olduqca həssas məsələdir. Bəzi qruplar isə Konqresin iradəsindən öz siyasi məqsədləri üçün istifadə edirlər. Konqres üzvləri xatırlatmışlar ki, ATƏT-in Minsk qrupunda həmsədr ölkə kimi təmsil olunan ABŞ münaqişədə bitərəf mövqedən çıxış edir. Alt komitə bu bitərəfliyi pozan, bölgədə ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycanla münasibətlərə xələl gətirən hər bir addımdan çəkinməlidir.
Azərbaycanla bağlı işçi qrupunun üzvləri məktubda, həmçinin 1992-ci ildə Azadlığa Dəstək Aktına əlavə edilən 907-ci düzəlişin birdəfəlik aradan qaldırılmasına çağırmışlar. Onlar qeyd etmişlər ki, bu düzəliş ABŞ-ın Azərbaycan hökumətinə birbaşa yardımını qadağan edərək, ölkələrimiz arasında strateji tərəfdaşlığın genişlənməsinə ciddi əngəl törədir.
Konqres üzvləri bildirmişlər ki, müsəlman dünyası ilə münasibətləri yaxşılaşdırmaq Obama hakimiyyətinin xarici siyasət prioritetlərindən biri olduğu təqdirdə, ABŞ-ın enerji təhlükəsizliyi, beynəlxalq terrora qarşı mübarizə və digər sahələrdə etibarlı tərəfdaşı olan Azərbaycanla münasibətlər daha da qüvvətləndirilməlidir.
Qrup üzvləri xanım Louidən bütün bu məqamları nəzərə alaraq, həmin qeydləri qanun dilində 2011-ci maliyyə ilinin büdcəsinə daxil etməyə çağırmışlar.

{nl}

Şəfəq Akifqızı AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında