Ermənilər Aprel məğlubiyyətinin “səbəbkarını” həbs etdilər

Növbəti məğlubiyyətlərin baiskarı kim olacaq?
İrəvandan türkcə yayımlanan “Ermeni Haber Ajansı” xəbər verir ki, iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin xüsusi qrupları Eçmiədzin şəhərində parlamentin deputatı, “Vətən qoruyucuları könüllüləri” Birliyinin sədri, Qarabağ müharibəsinin qəhrəmanı kimi ad qazanmış general Manvel Qriqoryanı həbs edib. İlkin ittihamda generalın icazəsiz silah saxlaması göstərilsə də, məsələnin daha dərin kökləri olduğu bildirilir. Çünki belə olmasaydı, parlament dərhal toplaşmaz və generalın deputat toxunulmazlığını ləğv etməzdi. 
 
Baş nazir Nikol  Paşinyanın generalın həbsindən dərhal sonra öz Facebook səhifəsində bu məsələyə geniş münasibət bildirməsi və Manvel Qriqoryanın təkcə icazəsiz silah saxladığına görə deyil, həm də 2016-cı  ilin Aprel döyüşləri zamanı hərbçilərə göndərilən yardımı mənimsədiyinə görə həbs edildiyini deməsi mətbuatı bir qədər çaşdırıb. Parlament və məhkəmə Qriqoryanı qanunsuz silah saxlamaqda ittiham edir, baş nazir isə başqa cinayətlərdə.
“Ermeni Haber Ajansı” yazır ki, dövlət televiziyası Milli Təhlükəsizlik Xidmətinin həbs edilən generalın evlərində və ona məxsus olan obyektlərdə apardığı axtarışın nəticələrindən ibarət görüntüləri  yayımlayıb. Bu görüntülər Manvel Qriqoryanın “Milli Qəhrəman” nüfuzunun bir andaca xain və oğru ifadələri ilə əvəzlənməsinə səbəb olub. 
Ermənistan mətbuatı xəbər verir ki, Eçmiədzin şəhərində bir neçə gün əvvəl Manvel Qriqoryanın və onun oğlu, bələdiyyə sədri Karen Qriqoryanın istefasını tələb edən etiraz aksiyalarının nəticəsi olaraq, generalın oğlu  vəzifəsindən istefa verib. Bu, az imiş kimi, Eçmiədzindəki etiraz aksiyalarını qızışdıran varlı iş adamı – general Manvel Qriqoryanın düşməni  Artur Asatryan da ( o, xaricdə yaşasa da, ölkədə vəziyyət gərginləşən kimi Ermənistanda görünməyə başlamışdı) eynilə Qriqoryan kimi qanunsuz silah gəzdirmək iddiası ilə, biavasitə generalın həbs edildiyi dəqiqələrdə qandallanıb. 
Bütün bunlar  sübut edir ki, Ermənistanda vəziyyətin gərginləşdirilməsi, aranın qarışdırılması, kimlərinsə topladığı milyonların əlindən alınmasına start verilməsi və digər hadisələr bir mərkəzdən idarə olunan proses təsiri bağışlayır. Erməni alimləri isə məhz həmin mərkəzə etiraz edirlər: “Aprel məğlubiyyətini Manvel Qriqoryanın adına yazdınız. Bəs sonrakı məğlubiyyətləri kimin adına yazacaqsınız?” 
Hazırladı:  
İttifaq MİRZƏBƏYLİ,  
“Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında