Paşinyanın qatı millətçi bəyanatları bölgədə gərginliyi artırır

Bəlli olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Bu qeyri-ciddi açıqlama Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllini tələb edən Azərbaycan ictimaiyyətində kəskin etiraz və hiddətə səbəb olub. Bu barədə danışarkən Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İlham Mazanlı dedi:
 
– Mən media vasitəsilə Paşinyanın heç bir məntiqə sığmayan bəyanatı ilə tanış oldum. Təəssüf etdim ki, Ermənistan hökumətinin yeni başçısı özündə siyasi 
iradə tapıb müstəqil Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın və ətraf rayonların işğal faktını etiraf etmək, nəhayət, real sülh danışıqlarına başlamaq əvəzinə özündən əvvəlki saxta, başıbəla siyasətçilərin qərəzli siyasətini davam etdirmək niyyətindədir. 
Paşinyan deyib ki, guya onun Dağlıq Qarabağın adından danışıqlar aparmaq səlahiyyəti yoxdur. İddia edir ki, “DQR” prezidenti, hökuməti və parlamenti olan müstəqil ölkədir. Paşinyan hətta bildirib ki, Azərbaycan tərəfi vəziyyəti gərginləşdirməyə cəhd etsə, Ermənistan ölümcül zərbə ilə cavab verəcək. 
Bunlar Yerevanın küçə meydanlarından siyasətə gələn naşı siyasətçinin söz oyunudur. Bu, qatı millətçiliyə aparan yoldur. Bu 
yolun sonu yoxdur. Qoy Paşinyan unutmasın ki, dünya ictimaiyyətini aldatmağa hesablanan bu xətt Ermənistanı yenidən dalana aparacaq. 
Paşinyanın məqsədi bəllidir. Ermənistanın yeni rəhbərliyi də hər vəchlə danışıqlardan yayınmağa çalışır. Buna görə də saxta “arqumentlər” uydurur. Paşinyan iddia edir ki, Dağlıq Qarabağdan çıxan ermənilər onun baş nazir seçilməyində iştirak etməyiblər. Buna görə də onların adından danışa bilməz. Bir daha vurğulamaq istəyirəm. Bunlar boş, mənasız sözlərdir. Reallıq budur ki, Dağlıq Qaraqbağda Ermənistanın hərbi hissələri yerləşir, orada Ermənistan vətəndaşları hərbi xidmət keçirlər. Dağlıq Qarabağ faktiki olaraq Ermənistan tərəfindən idarə olunur. Ermənistan “DQR”-in büdcəsinin formalaşmasında, təchizatında birbaşa iştirak edir.
Bütün bunları dünya birliyi yaxşı görür. Paşinyanın timsalında yeni saxta lider qazanan Ermənistan isə beynəlxalq aləmdə nüfuzunu kəskin surətdə itirir. İndi ermənilərin  Paşinyana olan ümidləri kəskin azalıb. Paşinyan ona bəslənilən etimadı itirdikcə, kreslosunu itirməkdən ehtiyat edərək, daha qatı, şovinist millətçilik girdabına yuvarlanır. Nəticədə, Ermənistanın günahı səbəbindən bölgədə gərginlik daha da artır.
 Söhbəti qələmə aldı:  
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında