Serj Sarkisyan Bako Saakyanın əli ilə dövlət çevrilişinə hazırlaşır

Aleksandr Kananyan: Nikol Paşinyan Qarabağ ermənilərinin birliyi sayəsində devriləcək
Bu gün Ermənistan ağır günlərini, Dağlıq Qarabağ isə özünün ən çətin dövrünü yaşayır. Çünki Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətdə olanda Qarabağ ermənilərinin sabaha cüzi də olsa inamı, ümidi var idi. Indi isə nəinki Qarabağda yaşayan ermənilərin, hətta bütövlükdə  erməni  millətinin  sabaha olan inamı sıfıra düşüb. Çünki artıq qarabağlı --  irəvanlı didişmələri ölkə əhalisinin işsizlik, kasıblıq və aclıq kimi problemlərini,  demək olar ki, unutdurub. Bunu Ermənistanın rusdilli mətbuatı da dönə-dönə yazır.
 
Məsələn, İrəvanda fəaliyyət göstərən  ­“Verelq NEWS”  Analitik İnformasiya Mərkəzi Nikol Paşinyan iqtidarını birbaşa tənqid etməkdən çəkinsə də, bu  vəzifəni erməni ictimai xadimlərinin dili ilə icra edir. Bu mərkəzin saytında əslən Dağlıq Qarabağdan olan ictimai xadim Aleksandr Kananyana istinadən maraqlı bir məlumat verilib. 
 Kananyan yazır ki, Serj Sarkisyan Bako Saakyanın əli ilə dövlət çevrilişinə hazırlaşır. Onun fikrincə, Dağlıq Qarabağın güc strukturları  məhz çəıtinliklə  devrilmiş Sarkisyanın əsas ümid yeridir. Analitik İnformasiya Mərkəzi əlavə edir ki, Serj Sarkisyanın nümayəndələri gecə yarıdan keçəndən sonra Xankəndinə gələrək, Bako Saakyana öz mövqeyindən dönməmək, Paşinyanın göstərişlərini yerinə yetirməmək tapşırığı veriblər. Saakyan isə Sarkisyanın həmin tapşırıqlarını yerinə yetirməyə bilmir. Çünki söhbət onun özünün də gələcək taleyindən gedir. 
“Verelq NEWS” yazır ki, Serj Sarkisyanın emissarlarının Xankəndiyə gəldiyi gecənin ertəsi günü, səhər açılar-açılmaz Bako Saakyan Nikol Paşinyanın tərəfdarı olan bir neçə mühüm vəzifə sahibini işdən kənarlaşdırıb və ya onların aşağı vəzifəyə göndərilməsini təmin edib. Maraqlıdır ki, Xankəndi “rəsmiləri” bəzi adamların vəzifədən kənarlaşdırılmasını “siyasi qərar” adlandırıblar. Bu isə Bako Saakyanın Nikol Paşinyana acıq şəkildə etiraz etməsidir. Çünki Paşinyan ona demişdi ki, xalqın etiraz səsinə qulaq asaraq, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Arşavir Qaramyanı istefaya göndər. Saakyan isə bunun tamamilə əksinə olaraq, dövlət naziri Araik Arütyunyanı vəzifəsindən kənarlaşdırıb onun yerinə məhz Paşinyanın “qov” dediyi adamı gətirmişdi. 
Vəssalam. “Şələni qoy yerə, gəl dalaşaq” -- belə yerdə deyirlər. Amma məsələnin qəlizləşməsi bununla da bitmir. Milli Təhlükəsizlik Xidmətinə rəis təyin edilən adam da ertəsi gün istefa verib. Yəni bu ölkə izlərin tamamilə qarışdığı  meşə kimi müəmmalı, baş açılması mümkün olmayan bir hala gəlib. Daha doğrusu, gətirilib.
Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, bu istiqamətdə 25 il davam edən danışıqların məzmununu anlamayan Nikol Paşinyanın dayaqları artıq  sarsılmaqdadır. 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında