Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra ilk” islahatlar”ından sonra məlum oldu ki, bu adam işğalçı dövlətin keçmiş siyasi rəhbərliyinin fikirlərini təkrarlayır. Bunun əsas səbəbini onun dövlət idarəçiliyində heç bir təcrübəsinin olmamsında görən yerli kütləvi informasiya vasitələri, həmçinin siyasi şərhçilər Ermənistanın bundan sonra da hər hansı bir sahədə irəliləyişə nail ola bilməyəcəyinə əminliklərini ifadə edirlər.
Nikol Paşinyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə səsləndirdiyi fikirlərdən sonra. tam əminliklə demək olar ki, yeni baş nazirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyaları yoxdur”. Bufgikirləri bizimlə söhbət zamanı Milli Məclisin deputatı Rüstəm Xəlilov səsləndirdi.
Deputat qeyd etdi ki, bu gün Ermənistan hakimiyyətinə çox naşı, populist, deyərdim ki, bir küçə adamı rəhbərlik edr. Onun işğalçı dövlətə nə qədər rəhbərlik edəcəyini demək çətindir. Artıq beynəlxalq ictimaiyyətə də bəlidir ki, yeni baş nazir çox qeyri-ciddi, naşı bir adamdır. O, məhz səriştəsizliyi ucbatından hansısa bəlli məqamda və nöqtədə ilişəcək. Artıq bunun işartıları görünür: “Ölkəyə rəhbərlik etdiyi qısa müddətdə Qarabağla bağlı nə qədər ziddiyyətli, əcaib, dövlət rəhbərinə yaraşmayan qəribə açıqlamalar verib. Baş nazir seçildiyi günün səhəri Qarabağa səfər edən bu adam indi də sərsəm fikir səsləndirir. Deyir ki, mənim Qarabağ adından danışmağa haqqım yoxdur.
Deputat dedi ki, əslində, Nikol Paşinyanın bu fikirlərində bir həqiqət var. Axı, o da yaxşı bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissədir. Ona görə də başqa bir dövlətin ərazisisnə məxsus bölgə haqqında danışmağa onun nə mənəvi, nə də hüquqi haqqı çatır: Nikol Paşinyan üstüötrülü də olsa, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edir.
Onun separatçı rejimin danışıqlarda tərəf kimi iştirak etməsi barədə səsləndirdiyi sərsəm fikirlər isə bu adamın siyasətdə piyada olmasından xəbər verir: “ Paşinyanın danışıqlar prosesində maraqlı olması, lakin bu prosesdə qondarma rejimin tərəf kimi iştirakı ilə bağlı fikirləri onun münaqişənin həllində konstruktiv mövqe tutacağına inamı azaltdı. Qondarma rejim münaqişənin həllində heç vaxt tərəf kimi iştirak edə bilməz. Çünki bu münaqişəni də, qondarma rejimi də yaradan işğalçı Ermənistandır. Ona görə də danışıqlar Ermənistanla Azərbaycan arasında davam etdirliməlidir”.
R. Xəlilov dedi ki, Nikol Paşinyanın son vaxtlar bir-birinin ardınca verdiyi açıqlamalar onu gülünc vəziyyətə salıb. Fikir verin, Paşinyan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etsə də, növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda iştirakı olmadan prosesin effektli olmayacağı iddiasını səsləndirdi: “Deməli, Nikol Paşinyanın rəhbərliyi ilə yaxın illərdə nə Ermənistan normal ölkəyə çevriləcək, nə erməni gənclər normal yaşamaq üçün ölkəsinə qayıdacaq, nə də Dağlıq Qarabağdan Ermənistana daşınan əsgər meyitlərinin ardı kəsiləcək. Paşinyan hələ də dərk etmir ki, onun rəhbərlik etdiyi ölkə Azərbaycan ərazisinin 20 faizini 25 ildən çoxdur işğalda saxlayır və bir milyondan artıq azərbaycanlını isti ocaqlarından, ata-baba yurdlarından didərgin salıb”.
İşğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin danışıqlarda tərəf kimi iştirakını israrla istəyən Ermənistanın baş naziri Nikol Paşinyanın bu arzusu ürəyində qalacaq. Onun tərəfindən verilən bu kimi sərsəm açıqlamalar münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndirilməlidir.
R.Xəlilov bildirdi ki, Nikol Paşinyanın “işlahatları” və son açıqlamaları onun Sarkisyan-Köçəryan çütlüyünün davamçısı olmasından xəbər verir. Artıq erməni xalqına da bəllidir ki, bu cütlüyün formalaşdırdığı bir quldur rejim təkcə Azərbaycan xalqına qarşı deyil, onların özünə qarşı da çoxsaylı cinayətlər törədib. İndi yerli əhali bu cütlüyə dəstək vermiş Katolikos II Qareginin də məsuliyyətə cəlb olumasını istəyir.
Milli Məclis deputatının fikrincə, artıq erməni politoloqları da Nikol Paşinyanın bu sərsəm fikirlərinə öz etirazlarını bildirblər. Məsələn, politoloq Arman Melikyan deyib ki, Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi cəlb etməsi ilə bağlı siyasi proqramı yoxdur. Onun qənaətinə görə, İrəvanın bu istəyi dağıdıcı davranış və siyasi şantaj kimi qəbul ediləcək. Politoloq deyib ki, danışıqlar prosesi ilə tanış olmaq üçün Paşinyana vaxt lazımdır.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.