Əli Həsənov: "BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin icrasını təmin etməlidir"

Azərbaycan hakimiyyəti BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Liviyanın hava məkanının qapadılması, dinc əhalinin müdafiəsi, habelə Liviya diktatoru Müəmmər Qəddafidən üsyançılara qarşı hərbi əməliyyatların dayandırılması və zorakılığa son qoyulması tələbini əks etdirən qətnaməsinə münasibət bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü Trend-ə açıqlamasında qeyd edib ki, BMT TŞ-nin Qəddafi hakimiyyətinin öz xalqına qarşı qəddar davranışını, dinc əhalinin tələfatına səbəb olan hərbi əməliyyatlarını dayandırmaq haqqında qərarı təqdirəlayiqdir.
Bununla yanaşı, o, deyib ki, BMT TŞ-nin məlum qərarının operativ icrası, beynəlxalq birliyin Qəddafinin nəzarətində olan silahlı qüvvələrə qarşı dərhal hərbi əməliyyatlara başlaması, bu prosesə NATO-nun qoşulması bir sıra məntiqi sualların ortaya çıxmasına da səbəb olur.
"Liviyada diktatora qarşı BMT TŞ-nin çıxardığı bir qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, BMT TŞ-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə 20 ilə yaxındır ki, icra edilmir. Bu hal dünya siyasətində ikili standartların mövcudluğundan, dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malik ölkələrin ikili siyasətindən xəbər verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi də Liviyaya dair qətnamə kimi qətiyyətlə və operativ icra edilməlidir. Təcrübə göstərir ki, BMT-nin qətnamə qəbul edərək kənarda durması, qərarın yerinə yetirilməsi ilə bağlı məcburetmə tədbirləri görməməsi son nəticədə qətnamənin icrasız qalmasına şərait yaradır. Ermənistandan BMT qətnamələrinin tələblərini özxoşuna yerinə yetirməsini gözləmək və ona qarşı məcburetmə tədbirləri görməmək BMT-nin nüfuzuna ciddi zərbə vurur. Əlbəttə, Liviyada mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi vacib məsələdir. Lakin belə tədbirlər qətlə yetirilmiş minlərlə azərbaycanlıya, milyondan artıq qaçqın və məcburi köçkünə də şamil olunmalıdır. Liviya diktatorunun əməlləri Xocalı, Qaradağlı, Quşçular, Bağanıs Ayrım və Azərbaycanın digər yaşayış məntəqələrində ermənilərin törətdikləri soyqırım və vəhşiliklərdən daha qəddar və faciəli deyil. Ermənilər Azərbaycan torpaqlarını işğal edərkən həlak olan azərbaycanlıların sayı Liviyada üsyançılarla Qəddafi qoşunları arasındakı toqquşmalar zamanı ölənlərin sayından on dəfələrlə çoxdur. Azərbaycanda Ermənistanın işğalından ziyan çəkən insanların ümumi sayı Liviyada hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların sayından qat-qat artıqdır. Serbiyada bosniyalı müsəlmanların soyqırımından sonra BMT TŞ keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Tribunal yaratdı. Nəyə görə Xocalı və Qaradağlı hadisələrini törədənlər Beynəlxalq Tribunala cəlb olunmamalıdır?! ATƏT MQ-nin çoxillik fəaliyyətinin heç bir nəticə verməməsi və onun işğalçı Ermənistana təzyiq etmək istəməməsini nəzərə alaraq, beynəlxalq birlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də Liviyada olduğu kimi, çevik münasibət göstərməli və BMT TŞ-nin 4 qətnaməsinin icrasını təmin etməlidir. Beynəlxalq birlik ikili standartlara son qoymalı, BMT TŞ qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır", - Əli Həsənov Azərbaycan hökumətinin narazılığını ifadə edib.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında