Azərbaycan səfiri etimadnaməsini Xorvatiya Prezidentinə təqdim etmişdir

Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev etimadnaməsini Xorvatiya Prezidenti İvo Yosipoviçə təqdim etmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mərasimdən sonra keçirilmiş görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Diplomat Xorvatiya Prezidentinə ölkəmizdə və regionda gedən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun bölgə üçün yaratdığı təhlükə, Azərbaycanın regionda və dünyada artan nüfuzu və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
K.Xasiyev Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Prezident İvo Yosipoviç ölkələrimiz arasında əlaqələrin xalqlarımızın rifahına xidmət etdiyini və bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında