“Prezident İlham Əliyev və mədəniyyət” silsiləsindən 2013-2018-ci illəri əhatə edən ikicildlik kitab işıq üzü görüb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Prezident Kitabxanasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) birgə layihəsi olan “Prezident İlham Əliyev və mədəniyyət” silsiləsindən 2013-2018-ci illəri əhatə edən növbəti ikicildlik kitab çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, “Prezident İlham Əliyev və mədəniyyət (2013-2018)” kitabı dövlətimizin başçısının birinci və ikinci prezidentliyi dövründə mədəniyyət və turizm sahələrinin inkişafı ilə bağlı görülən işlərə dair əvvəllər nəşr olunmuş ikicildliklər silsiləsinin davamı və bu seriyadan üçüncü topludur.

 “Prezident İlham Əliyev və mədəniyyət (2013-2018)” ikicildliyin 1-ci cildinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu illər ərzində milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə bağlılığını, ehtiramını, qayğısını ifadə edən nitqləri, çıxışları, müsahibələri, mədəniyyət və turizm obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakına dair materiallar daxil edilib.

Toplunun 2-ci cildinə Azərbaycanın ictimai-mədəni həyatında və turizm sahəsində baş verən mütərəqqi yeniliklərin, əldə olunan nailiyyətlərin və hər iki sahədə dinamik yüksəlişin fundamental bazasını təşkil edən normativ-hüquqi sənədlər, dövlətimizin başçısının mədəniyyət xadimlərinə, ölkəmizin təşəbbüsü ilə təşkil olunan beynəlxalq tədbirlərin iştirakçılarına və Azərbaycan xalqına ünvanlandığı təbrik məktubları daxil edilib.

Növbəti ikicildlik də Prezident İlham Əliyevin mədəniyyət və turizm sahəsində həyata keçirdiyi mütərəqqi siyasəti araşdıran tarixçilər, ədəbiyyatşünaslar, kulturoloqlar, ali məktəblərin müəllim və tələbələri, həmçinin oxucular üçün zəngin məlumat mənbəyidir.

İkicildlikdə Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlərdə çəkilmiş fotoşəkillər də yer alıb.

“Prezident İlham Əliyev və mədəniyyət (2013-2018)” toplusunun layihə rəhbəri və ikicildliyin giriş sözünün müəllifi Azərbaycan Respublikasının mədəniyyəti naziri Əbülfəs Qarayevdir.

Kitabın tərtibçiləri UNESCO-nun “İnformasiya hamı üçün” Azərbaycan Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Lətifə Məmmədova və Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədovdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında