Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ilə bağlı elmi-praktiki konfrans keçirilmişdir

Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış qəsəbənin mədəniyyət evində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Şaiq Aslanov akademik Ramiz Mehdiyevin bu kitabının ermənilərin ideoloji təbliğatına ağır zərbə vurduğunu qeyd etmiş və əsəri təhlil edərək onun əsas xüsusiyyətlərini iştirakçıların diqqətinə çatdırmışdır. Natiq bu nəşrin Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda jurnalistlər qarşısındakı bəyanatına, xüsusən də erməni tarixi ilə bağlı uydurmalara, düşmənlərimizin yalan və saxtakarlıqlarına tutarlı cavab olduğunu vurğulamışdır.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, akademik Ramiz Mehdiyevin kitabı növbəti erməni riyakarlığına cavab verməklə yanaşı, eyni zamanda, çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Kitabda təkcə Serj Sarkisyanın erməni absurd teatrının səhnəsində göstərdiyi növbəti tamaşası deyil, həmçinin erməni ideoloqlarının və "tarixçilərinin" tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti uydurma və yalanlarla çaşdırmaq cəhdləri elmi dəlillərlə ifşa olunmuşdur.
Müzakirələrdə çıxış edən ziyalılar və ictimaiyyətin nümayəndələri "Gorus-2010: absurd teatrı mövsümü" kitabının əhəmiyyətindən danışmış, tarixi faktlarla zəngin, Azərbaycanın qədim və müasir dövrünün xəritələrinin verildiyi nəşrin informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə olduğunu vurğulamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında