Baş nazir: "Prezidentin qarşımda qoyduğu vəzifələrin həyata keçməsi üçün əlimdən gələni edəcəyəm"

"Azərbaycan Prezidentinə söz verirəm ki, mənim qarşımda qoyduğu vəzifələri məsuliyyəti ilə dərk edib, həyata keçirilməsi üçün əlimdən gələni edəcəyəm".

APA-nın məlumatına görə, bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.

Baş nazir bildirib ki, indi Azərbaycan ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində özünün ən yaxşı dövrünü yaşayır: "Son illər Azərbaycan xarici və daxili siyasət sahəsində böyük uğurlar əldə edib. Çox xoşbəxtəm ki, eyni dövrə mən də şahid oluram".

N. Məmmədov qeyd edib ki, inkişaf  yüksək səviyyədə olanda onu bir tərəfdən qoruyub saxlamaq, digər tərəfdən daha da genişləndirmək lazımdır: "Bu, çox çətin vəzifədir. Düşünürəm ki, üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən gəlmək üçün Azərbaycan prezidentinin rəhbərliyi, dövlət və hökumət strukturları, eyni zamanda Milli Məclis üzvləri ilə birlikdə sıx əməkdaşlıq şəraitində əlimizdən gələni edəcəyik".  

Baş nazir bundan sonra məşğul olacağı əsas sahənin iqtisadiyyat olacağını deyib: "Bu günə qədər qazanılmış, əldə etdiyimiz uğurların istiqamətlərini daha da konkretləşdirməklə, hansı islahatların daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini  nəzərə alaraq, addımlar atmaqla bu vəzifələrin öhdəsindən gələcəyik".

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında